Onlayn ictimai-siyasi qəzet
Müğənni Pərvin Lətifov istifadə etdiyi internet provayderindən şikayətlənib.
Musavat.com bildirir ki, müğənni bu barədə sosial şəbəkədə qeyd edib.
“Pulu alırlar, amma interneti vermirlər. 1 ayda ən azı 10 dəfə zəng edirsən ki, sistemi yeniləyin. Bu, ayrı dərd. Məlumat mərkəzi sıfır, texniki dəstək sıfır. Texniki servisdən gələn şəxs adamla evin içində dalaşır. Mən birindən bir şey satmaq üçün pul alıram və satdığım şeyi də vermirəm. Siz məni o dəqiqə dələduzluqda ittiham edərsiniz mütləq. Muqaviləni 19 manata bağlamışdıq, amma qeyri-qanuni pozdular, qiyməti qaldırdılar, heç olmasa normal xidtmət göstərsinlər”, - Pərvin Lətifov bildirib.
Xatırladaq ki, bir müddət əvvəl internet provayderləri minimal qiyməti 18 manatdan 25 manata qaldıraraq daha yüksək sürət təklif etsələr də, bu sürət artımı nəinki regionlardakı rayon və şəhərlərdə, hətta paytaxt Bakıda hiss olunmur. Bununla bağlı xeyli narazılıqlar var.
Xalidə Gəray
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ