İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızlar deputatları yeni üsulla seçəcəklər – 3 deputatdan biri qadın olacaq

Qırğızıstan parlamentinin yeni tərkibinin seçilməsi zamanı partiya sistemindən imtina olunur, artıq Joqorku Keneşin deputatları yeni sxem üzrə seçiləcək.

Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, ölkə prezidenti Sadır Japarov “Qırğızıstan Respublikası Prezidentinin və Qırğız Respublikası Joqorku Keneşinin deputatlarının seçkiləri haqqında” konstitusiya qanununa dəyişiklikləri imzalayıb.

Əsas dəyişiklik ondan ibarətdir ki, parlament deputatlarının seçilməsi sistemi tamamilə dəyişir. Onların seçkiləri üçün respublikada 30 çoxmandatlı ərazi seçki dairəsi yaradılır və hər dairədən biri qadın olmaqla üç xalq deputatı seçilir.

Büdcə vəsaitlərinə qənaət etmək üçün çoxmandatlı seçki dairələrində sıradan çıxan (ölən, mandatı ləğv olunan, istefa verən) deputatların yerinə yeni seçki keçirilmir. Onları növbəti ən çox səs toplayan namizədlər əvəz edir.

Qanun həmçinin seçkilər zamanı məsafədən, elektron səsvermənin də istifadə oluna biləcəyini nəzərdə tutur. Bu barədə qərar seçkilər təyin edildikdə qəbul edilir.

Çoxmandatlı ərazi seçki dairələri üzrə Joqorku Keneşin deputatlığına namizəd irəli sürmək hüququ siyasi partiyalara və öz namizədliyini irəli sürən vətəndaşlara məxsusdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR