İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstandan geriyə addım: "Dilin inkişafı kiril əlifbasında davam etdirilməlidir"

Qırğız Respublikasının prezidenti Sadır Japarov Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyevanı qəbul edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kanıbek Osmonəliyev müzakirəyə çıxarılan “Qırğızıstan Respublikasının dövlət dili haqqında” konstitusiya qanununun layihəsi barədə prezidentə məlumat verib.

Prezident Sadır Japarov dövlət dilinin geniş yayılması üçün Milli Komissiyanın həyata keçirdiyi tədbirləri qeyd edib, bütün vətəndaşların lazımi səviyyədə mənimsəməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, dövlət başçısı Milli Komissiyanın sədrinə sərt irad tutaraq, onu dil siyasəti, xüsusən də qırğız dilinin latın əlifbasına keçidi ilə bağlı ehtiyatsız bəyanatlardan çəkinməyə çağırıb.

“Qırğız dilinin latın qrafikasına keçməsindən danışmaq tezdir”. Kiril əlifbasında dövlət dilini lazımi, səriştəli səviyyədə bilmədən latına qrafikasına keçməkdən söhbət gedə bilməz. İndi bu məsələni qaldırmağa dəyməz, dövlət dilinin inkişafı kiril əlifbasında davam etdirilməlidir”, - prezident Sadır Japarov vurğulayıb.

Dövlət başçısı dil siyasətinin təkmilləşdirilməsi və Milli Komissiya tərəfindən tədbirlərin gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin, nazirliklərdə, idarələrdə və digər qurumlarda dövlət dili ilə bağlı işlərin vəziyyətinə xüsusi diqqət yetirilməsinin zəruriliyini qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR