İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda MİTİNQ - Bayrağa görə əhali küçələrə axışdı

Bişkekdə Qırğızıstanın dövlət bayrağının dəyişdirilməsinə qarşı mitinq keçirilib.

Bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Aksiya iştirakçıları Joqorku Keneş (Qırğızıstanın parlamenti) deputatlarının birinci oxunuşda qəbul etdiyi qanun layihəsinin rədd edilməsini tələb ediblər.

Bundan əvvəl JK sədri Nurlan Şakiyev və deputat Ulan Primov bayraqdakı günəş şüalarının formasının dalğalıdan düzə dəyişdirilməsini təklif edən qanun layihəsi hazırlayıblar.

Təşəbbüsü ölkə prezidenti Sadır Japarov da dəstəkləyib. O, vurğulayıb ki, deputatlar bayraq konsepsiyasına dəyişiklik təklif etmirlər, onlar yalnız bayrağın ortasındakı günəşin günəbaxana bənzəməməsi üçün günəş şüalarının formasının dəyişdirilməsini təklif ediblər.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR