İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda dini geyimlər qadağan edildi

Qırğızıstan prezidenti Sadır Japarov ictimai yerlərdə üzü örtən dini geyimlərin geyinilməsini qadağan edən qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, yeni qanuna əsasən, psixoloji və ya fiziki zorakılıqla insanları dinə məcbur etmək, eləcə də qocalar evlərində, hərbi hissələrdə və islah müəssisələrində dini ayinlərin keçirilməsi qadağan edilir.

Bundan əlavə, qanunda dini ədəbiyyatın ictimai yerlərdə, dövlət və bələdiyyə təşkilatlarında, məktəbəqədər və ümumtəhsil müəssisələrində yayılmasına, həmçinin yaşayış binalarının yaxınlığında bu məqsədlə hərəkət edilməsinə icazə verilmir.

Sözügedən qanunun məqsədi ictimai qaydanı təmin etməkdir. Bununla belə, qərar ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olub. 

Qanunun qüvvəyə minməsi ilə Qırğızıstanda dini fəaliyyətlərin daha sıx nəzarət altına alınması gözlənilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR