İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan XİN: "Qazaxıstanda yanvar hadisələrində vətəndaşlarımız iştirak etməyib"

Qırğızıstan Xarici İşlər Nazirliyi ötən ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlarda ölkəsinin vətəndaşlarının hər hansı bir iştirakı ilə bağlı fikirləri qəti şəkildə rədd edir.

Musavat.com xəbər verir ki, bu barədə 24.KG xəbər agentliyi Qırğızıstan XİN-ə istinadla məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, iğtişaşlar zamanı Qırğızıstanın iki vətəndaşı təsadüf nəticəsində müvəqqəti məsuliyyətə cəlb edilib, amma onların təqsirli olması sübut olunmayıb. 

Qeyd edək ki, ötən il Qırğızıstanın populyar müğınnilərindən biri yanvar hadisələri zamanı həbs edilmiş, fiziki təzyiqlərə məruz qalmış, ancaq kimliyi ortaya çıxandan sonra azad olunmuşdu. Hazırda həmin müğııni Qazaxıstanın hüquq-mühafizə orqanlarından şikayətçiir.

Dünənl Qazaxıstan baş prokuroru Berik Asilov bildirib ki, 2022-ci ilin yanvar hadisələrində Rusiya, Qırğızıstan, Özbəkistan və Tacikistan vətəndaşları Qazaxıstandakı iğtişaşlarda iştirak etdilər.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR