İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan müftiliyi mədrəsənin ələ keçirilməsi barədə xəbəri təkzib edir

Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi xüsusi əməliyyatın keçirildiyi Dmitriyevka kəndində mədrəsənin ələ keçirilməsi barədə məlumatı təkzib edir.

AZƏRTAC Qırğızıstanın KABAR informasiya agentliyinə istinadla xəbər verir ki, müftiliyin məlumatına görə, atışma kənd şurasının binası və qadın mədrəsəsinin yaxınlığında baş verib. Mədrəsənin tələbələri təxliyə edilib, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Agentlik paytaxt Bişkekin yaxınlığında yerləşən kənddə xüsusi əməliyyatın bir qədər əvvəl başa çatdığını bildirib. Əməliyyatın gedişində silahlı terrorçu öldürülüb, güc strukturlarının iki əməkdaşı yaralanıb. Kəndə giriş-çıxış bərpa edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR