İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğız prezidentin lətifəsi – Sosial şəbəkədə deyirlər, bu, lətifə deyil, reallıqdır

Qırğızıstan prezidenti Sadır Japarov Nəqliyyat Nazirliyinin əməkdaşlarına yol sektorunda korrupsiya ilə bağlı lətifə danışıb.

Musavat.com 24.kg saytına istinadla xəbər verir ki, dövlət başçısının zarafatı sosial şəbəkələrdə geniş müzakirə olunur.

Prezidentin danışdığı hekayət Moskvada universitet bitirib yol mühəndisi olan və öz vətənlərinə qayıdan iki dostdan - qırğız və qazaxdan bəhs edir.

Lətifənın ardı belədir: “Biri Almatıya, digəri Bişkekə gedir. Bir il sonra qazax qırğız dostunu ziyarətə dəvət edir. Qırğız gedib görür ki, dostu ikimərtəbəli malikanədə yaşayır, bahalı lüks “Mercedes” sürür, bir sözlə, varlıdır, gözəl həyat yaşayır. O, təəccüblənir: “Dünənə qədər tələbəydik axı. Necə birdən-berə zənginləşdin?”

Qazax yolçəkən onu küçəyə çıxarır, asfaltı göstərir, sirri açır: “Bax, bu yolun enindən 5, qalınlığından 1 santimetr kəsdim, beləcə varlandım”.

Qırğız “yolçu” evə qayıdır, üç aydan sonra qazax dostunu evinə dəvət edir. Qazax da gəlib görür ki, qırğız üçmərtəbəli malikanədə yaşayır, “Gelendvagen” sürür, hər şeyi var. Qazax son vaxtlara qədər kirayədə yaşayan dostunun necə varlanması ilə maraqlanır və qırğız onu küçəyə aparıb Qara Balta şəhərinə gedən istiqaməti göstərir. "Bax, burada asfalt şosse olmalıydı, amma mən onu çəkmədim".

Bu lətifəni danışıb qurtaran dövlət başçısı qeyd edib ki, Nəqliyyat Nazirliyinin əməkdaşları mövcud problemi yaxşı bilir, bəzi əməkdaşların özləri də sxemlərə cəlb olunublar.

“Bilirsiniz, yol təsərrüfatında, Nəqliyyat Nazirliyində, bəziləri bu işlə məşğuldur. Açıq danışmaq lazımdır. Əvvəllər tender xarici şirkətə verilib, onun bir hissəsi bölünüb, yeyilib. Köhnə şəxsi maşınları icarəyə götürüb, bəzi yollar çəkiblər. Bəzi hallarda onlar ümumiyyətlə tamamlanmayıb. Anekdot yəqin ki, burada baş verib”, - deyə Sadır Cəfərov bildirib.

Sosial şəbəkə istifadəçiləri prezidentin zarafatını yüksək qiymətləndirsələr də, bu zarafatda müəyyən qədər həqiqət payının olduğunu qeyd ediblər.

“Bu, lətifə deyil, həqiqətdir”, “Yəqin ki, prezidentin ağlına Korumdan Karakolaya gedən yol gəlib”, “Qara Baltaya gedən yol 7 ildir çəkilir, zarafat deyil, daha doğrusu, həqiqətdir” yazıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR