Onlayn ictimai-siyasi qəzet
İsrailin Qəzza zolağında yaşayış infrastrukturuna endirdiyi zərbələr 42 milyon ton tikinti tullantıları yaradıb. Tullantıları təmizləmək üçün illər və yüz milyonlarla dollar lazım olacaq.
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” BMT-nin məlumatlarına istinadən yazıb.
Qeyd olunub ki, Fələstin anklavının bərpası üçün ən azı 80 milyard dollar, binaların dağıntılarını çıxarmaq üçün isə təxminən 700 milyon dollar tələb olunacaq.
Nəşr yazır ki, Qəzzada dağıntıların miqyası misilsizdir və bu, əsas idarəetmə institutlarının, infrastrukturun bərpasını çətinləşdirəcək.
İqbal,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ