İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya uğrayan təyyarənin “qara qutu”sunun iki saatlıq yaddaşı olub

AZAL-ın təyyarəsində iki saatlıq yaddaşı olan qara qutu quraşdırılmışdı.

Musavat.com xəbər verir ki, bu barədə “Kazinform”a Qazaxistanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

O deyib ki, tipik olaraq, təyyarənin arxasında iki qeyd cihazı quraşdırılır.
AZAL- ın təyyarəsində hər iki qeyd cihazı tapılıb.

"Onlar indi şifrənin açılması üçün daşınır. Bu xüsusi təyyarə ekipajın iki saatlıq işini və təyyarənin texniki parametrlərini qeyd edən məlumat yazıcısı ilə təchiz edilib. İstintaq zamanı hadisənin demək olar ki, bütün mənzərəsi görünəcək”, - o deyib.

Onun sözlərinə görə, bütün “qara qutular” iki növə bölünür. “Birincisi, səs yazan və ya CVR (Cockpit Voice Recorder). O, baş verən hər şeyi, bütün səs mesajlarını və ekipaj üzvləri arasındakı audio danışıqları qeydə alır. Uçuşun başlanğıcından etibarən qara qutu avtomatik olaraq bütün bu məlumatları qeydə alır: ekipaj necə, nə vaxt və nə danışır, necə reaksiya verir və sair. İkinci qara qutu texniki və ya FDR (Flight Data Recorder) adlanır. O, təyyarənin texniki parametrlərini qeydə alır: mühərrikin dövriyyəsi, yağ təzyiqi, hidravlik təzyiq, sükanın vəziyyət bucağı və aeronaviqasiya məlumatları”, – deyə müavini Talqat Lastayev bildirib.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsi Aktau yaxınlığında Qazaxıstan ərazisində qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub. Hadisə nəticəsində 38 sərnişin ölüb, 29 nəfər sağ qalıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR