İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeyri-adi etiraz: İcra hakimiyyətinin qarşısında paltar yudular - VİDEO

İranın müxtəlif bölgələrində su qıtlığı yaşanır. 

Musavat.com xəbər verir ki, əhali içməli və istifadə etməli suyu maşınlardan belə ala bilmir. Su maşınlarının gətirdiyi su sakinlərin sadəcə kiçik bir hissəsinə çatır. 

Xoyun Vələdian kəndində yaşanan su böhranına etiraz edən sakinlər qeyri-adi etiraz üsulu seçiblər. Kəndin sakinləri kənddə su tapa bilmədiklərini sübut etmək məqsədilə şəhər icra hakimiyyətinin həyətinə gələrək ləyənlərdə paltar yumağa başlayıblar. 

Bu barədə görüntülər "Azad İran" telegram kanalında yayılıb. Həmin görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR