İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qeydiyyatsız məhsulların ölkəyə gətirilməsi texniki cəhətdən mümkün deyil"- Qoşqar Təhməzli

"Artıq ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilmiş, elektron sistem vasitəsilə həyata keçirilir".

Musavat.com xəbər verir ki,  bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Bitki Sağlamlığı Forumu”da çıxışı zamanı bildirib.

O, qeyd edib ki, elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, artıq respublika ərazisinə sınaqdan keçirilməyən, istifadəsina icazə verilməyən, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil:"Belə ki, AQTİS-a tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidler, bioloji preparatlar, baytarlıq preparatları ve yem əlavələrinin reyestrini ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icaze verilmiş məhsulların idxal olunmasını temin edir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR