İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Vuçiçə Miloşeviçin taleyini vəd edib

Qərb Serbiya prezidenti Aleksandr Vuçiçi Haaqa tribunalının hökmü ilə məhkum edilmiş Yuqoslaviya lideri Slobodan Miloseviçin taleyi ilə hədələyir.

Musavat.com xəbər verir ki, 360.ru saytının yazdığına görə, bunu Avrasiyaçılığın Tədqiqat və İnkişaf Mərkəzinin idarə heyətinin sədri, politoloq Yuri Samonkin deyib.

Xüsusilə, o, Belqradda etiraz nümayişlərinin başlanmasında Qərbin əlinin olduğuna işarə edib. Serbiya hökumətinin fikrincə, ölkənin iqtisadi inkişafı üçün litium mədənlərində hasilata başlanılması zəruridir. Xalq kütlələri isə buna etiraz edir.

“Vuçiçə Miloşeviç haqqında xatırlatmalar edilməsi Qərbin təhdidi olaraq qalır”, - politoloq bildirib.

Samonkin hesab edir ki, Qərb Serbiyada 10 ilə yaxındır ki, etiraz aksiyalarının təşkil olunmasında iştirakçıdır. Bununla belə, o, əlavə edib ki, bunlar heç bir nəticəyə gətirib çıxarmır və ölkə hakimiyyəti öz möhkəmliyini sübut edir.

Serbiya baş nazirinin müavini Aleksandr Vulin bir müddət əvvəl Qərbin Vuçiç üçün Miloşeviçin taleyini hazırladığını bildirmişdi. Baş nazirin müavininin sözlərinə görə, ölkədə litium hasilatına qarşı etirazlar həm də “hökuməti devirməli olacaq rəngli inqilabı” qızışdırmaq məqsədi daşıyır.

Xalqın litium hasilatına qarşı çıxması isə bu maddənin ətraf mühiti pozması, ekoloji balanssızlığa səbəb olması üzündəndir. Litium hasilatı flora və faunanın məhv edilməsinə, çirklənməyə və torpaq eroziyasına gətirib çıxarır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR