Onlayn ictimai-siyasi qəzet
Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlıq müddətini kəskin şəkildə azaldıb.
Musavat.com xəbər verir ki, bu barədə “Defense One” məlumat yayıb.
Məlumata görə Ukrayna ordusuna cəbhədə hərbi qüvvələrin çatışmazlığı səbəbindən əsgərlərin bölük, vzvod və rota tərkibindəki hazırlığı üçün cəmi bir həftə ayrılır. Briqada qərargahlarının hazırlığı üçün isə 21 gün nəzərdə tutulub. Bu, Qərb ordularında tətbiq olunan standart hazırlıq müddətlərindən əhəmiyyətli dərəcədə qısadır.
Hərbi təlimatçılar qeyd edir ki, belə qısa müddətdə aparılan hazırlıq tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Qərbin təlimçiləri üçün bu, hərbiçilərin döyüş qabiliyyətinin tam inkişaf etdirilməsində çətinliklər yaradır.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ