İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb siyasətçiləri və mediası Putinin seçkisini tanımadı

 

Rusiya prezidenti Vladimir Putinin yenidən seçilməsi Qərb siyasi dairələrində və mediasında geniş müzakirə obyekti olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Qərb dünyası birmənalı olaraq seçkilərin saxtakarlıqla keçirildiyini bəyan edib. Onlardan bəzilərini diqqətə çatdırırıq:

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü:v“Seçkilər nə azad, nə də ədalətli keçib”.

Almaniya Xarici İşlər Nazirliyi: “Ukraynanın işğal olunmuş ərazilərində keçirilən seçkilər etibarsızdır və beynəlxalq hüququn növbəti pozuntusudur”.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron: “Azad və ədalətli seçkidən söhbət belə gedə bilməz”.

Polşa Xarici İşlər Nazirliyi: “Səsvermə cəmiyyətə qarşı ifrat repressiya şəraitində keçib”.

Qərb mətbuatı da Rusiyadakı seçkiləri birmənalı şəkildə pisləyib:

“El Pais” : “Putin seçki hoqqabazlığından sonra hakimiyyətini yenilədi”.

“Politico”: “Putin saxta seçki qələbəsi ilə ən böyük yalançıya çevrildi”.

“Washington Post”: “Putin müxalifətin səsinin vəhşicəsinə basdırılmasından sonra möhürlənmiş seçki qələbəsini qeyd edir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR