İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Putinə inanmadı - Sinizm və həyasızlıq...

Xəbər verildiyi kimi, Rusiya Ukraynada pravoslavların Yeni il bayramı münasibətilə atəşkəs elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nə Ukrayna, nə də Qərb Rusiya dövlət başçısının bu “centlemenliyinə” inanıb.

ABŞ prezidenti Co Bayden təklifin Vladimir Putinin sadəcə “nəfəs almaq” ehtiyacından irəli gəldiyini bildirib. Onun sözlərinə görə, buna qədər Putin qərbli xristianların qeyd etdiyi dekabrın 25-də və Yeni il bayramlarında xəstəxanaları, uşaq bağçalarını və kilsələri bombalamaqdan çəkinməyib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok isə Putinin açıq şəkildə qısa fasilədən sonra müharibəni davam etdirmək niyyətində olduğunu deyib. "Putin sülh istəsəydi, əsgərlərini evə gətirərdi və müharibə bitərdi”, - deyə, o qeyd edib.

Avropa Şurasının rəhbəri Şarl Mişel elan olunmuş atəşkəs rejimini Rusiya hakimiyyətinin Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi referendumlar kimi sinizm və həyasızlıq adlandırıb.

Bir sıra şərhçilər təəccüblə Putinin Kremlin saytında dərc olunmuş atəşkəs sərəncamında “Ukraynadakı” ifadəsinə diqqət çəkiblər.

Halbuki Rusiya Konstitusiyasına görə hazırda cəbhə xətti Rusiyanın ərazilərindən keçir. Çünki Rusiya döyüşlərin getdiyi əraziləri (Ukraynanın işğal olunmuş dörd vilayətini-red.) rəsmi olaraq Federasiyanın tərkibinə daxil etdiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR