İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva bir qrup ziyalı, sənətçi və gənc yazarla görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin ənənəvi vətəndaş qəbulu günündə yaradıcı ziyalılar - memarlıq layihələri müəllifi Nəbi Hüseyn oğlu Nəbizadə, Əməkdar incəsənət xadimi, tanınmış drijor Nazim Hacıəlibəyov, şair, yazıçı, alim Bahar Bərdəli, şair, tərcüməçi Givi (Giya Paçxataşvili) və jurnalist Zümrüd Dibirova ilə görüşüb.

Komitə sədri görüş iştirakçılarına öz yaradıcılıqları ilə - sənət, peşə və araşdırma fəaliyyətləri ilə milli irsimizin qorunmasına, mədəniyyət və incəsənətimizin inkişafına, eləcə də, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə, gənclərin motivasiyasına töhfə verdiklərini söyləyib: "Siz şəxsi nümunələrlə, öz işinizə məsuliyyətli yanaşmalarınızla təqdirəlayiq fəaliyyət göstərirsiz. Sizə təşəkkür edirəm"!
Komitə sədri görüş iştirakçıları ilə ətraflı fikir mübadiləsi aparıb.

Sənətçilər, mədəniyyət işçiləri və gənclər səmimi görüş və fiki mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Komitə sədri onların uğurları, qayğıları, planları ilə maraqlanıb, hər birinə yeni uğurlar arzulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR