İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəhrəman pilotlarımız rusdursa, Rusiyanın günahı azalırmı? ABŞ-də yaşayan jurnalistin AÇIQLAMASI

Azərbaycanda son təyyarə terroru ilə bağlı yaranan müzakirələr fonunda sosial mediada diqqətçəkən mövqelər ortaya çıxır.

Musavat.com bildirir ki, ABŞ-da yaşayan diaspora fəalı və jurnalist Zaur Bayramlının sosial şəbəkədə paylaşdığı bir status, bu məsələnin dərinləşdirilməsi cəhdlərini sərt şəkildə tənqid edir.

Həmin statusu təqdim edirik:

***

Azərbaycandakı bir çox aşkar və gizli rusçular təyyarə terrorundan sonra qəhrəman pilotlarımızın etnik olaraq rus mənşəli olduqlarını qabartmağa, ön plana çıxarmağa başladılar.

Oysa ki, məsələyə rus və ya Rusiya pəncərəsindən deyil, Azərbaycan pəncərəsindən baxanlar üçün bunun heç bir önəmi yoxdur.
Bizim üçün onlar AZƏRBAYCANLIDIRLAR.

Çünki Azərbaycandakı digər millətlərin, etnik xalq və qrupların mənsubları kimi onlar da Azərbaycanın havasını udaraq, suyunu içərək, çörəyini yeyərək böyümüşdülər.

Biz Azərbaycan xalqı olaraq 35 ildən çoxdur ki, şəhidlər veririk. Məgər biz indiyə qədər şəhidlərimizi türk, talış, ləzgi, kürd, avar, saxur, inqiloy və sair deyə ayırmışıq???

Xeyr, ayırmamışıq!

Biz bütün şəhidlərimizi Azərbaycan şəhidi olaraq bağrımıza basıb, hər birinə eyni şəkildə ağlamışıq.

Şəhid pilotlarımızın etnik mənsubiyyətini bilərəkdən qabardanlar məgər bu 35 ildə misal üçün, bir şəmkirli şəhid olanda yazıblar ki, şəhidimiz türk idi?

Və ya bir astaralı şəhidimizin talış olduğunu vurğulayıblar ki, indi birdən-birə şəhid pilotlarımızın etnik olaraq rus millətinə mənsub olduqları "yadlarına düşüb"?

Onlar və təlimat aldıqları və ya yarındıqları məlum mərkəzlər əslində bununla 2 məqsəd güdürlər:

-- Məlum təyyarə terrorundan sonra xalqımızda qatil Rusiyaya qarşı yaranan haqlı qəzəb və nifrətin önünə qəhrəman pilotlarımızı qoyaraq, onlardan bufer kimi istifadə etməklə bu qəzəb və nifrəti azaltmaq;

-- Azərbaycanı istədikləri vaxt etnik məsələlərlə qarışdıra biləcəkləri mesajını vermək.

Amma bacarmayacaqlar!!!

Çünki xalq da artıq o xalq deyi, dövlət də artıq o dövlət deyil!!!

4db8421fc27a7963036450125696ec8c.jpg (175 KB)

Zaur Bayramlı, ABŞ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR