Onlayn ictimai-siyasi qəzet
“18 il ərzində qədim insan dişi üzərində araşdırma aparmışıq. Biz arxeoloji əraziləri qorumalıyıq”.
Bu sözləri Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İqlim dəyişikliyi və silahlı münaqişələr qarşısında qədim insan məskənləri” adlı panelində çıxış edərkən deyib.
“Mən qafqazlıyam. Özümü evimdə hiss edirəm. Qədim abidələr qorunmalıdır. Erkən insanlar primitiv alətlərdən istifadə edirdilər. Erkən insanın yaşadığı məkanları qorumaq üçün əməkdaşlıqlar aparılmalıdır.
Onu da qeyd etmək istəyirəm ki, bir neçə elm sahəsi birləşib araşdırma aparmalıdı. Tarixi abidələri araşdırma zamanı uğurlu nəticə əldə etmək üçün əməkdaşlıq önəmlidir. Bu gün molekulyar biologiya ilə bağlı həmkarımızın araşdırması mükafata layiq görülmüşdü. Qafqaz zəngin təbiətə malikdir. Biz ərazilərimizi qorumalıyıq, bu məsələyə daha ciddi yanaşmalıyıq”.
Könül
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ