İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qəbul edilən qətnamə ilə bağlı rəsmi Bakı ciddi hərəkət keçməli...”-politoloq  

 

“Vətən müharibəsindən sonra parlamentlər müstəvisində ölkəmizə qarşı müxtəlif çirkin kampaniyalar həyata keçirildi. Burada həqiqətlər təhrif olunur, reallıqdan uzaq müzakirələr təşkil olunur və ermənipərəst mövqe ortaya qoyulurdu”.

STM-in sektor müdiri, politoloq İlyas Hüseynov bunu Musavat.com-a açıqlamasında bildirib. Ekspert qeyd edib ki, bu cür saxta şoulara İsveçrə parlamentinin də qoşulması böyük təəssüf hissi doğurur: “Çünki İsveçrə hər zaman geosiyasi baxımdan öz neytrallığını qoruyan, müxtəlif maliyyə və geoiqtisadi institutlara qoşulmayaraq beynəlxalq mövqeyini qorumağa çalışan dövlət kimi çıxış edirdi. Bir sıra beynəlxalq təşkilatların mənzil qərargahını İsveçrədə seçməsi də təsadüfi deyil. Lakin belə görünür ki, Fransa başda olmaqda bu ölkəyə olan təzyiqlər müxtəlif yanaşmaları formalaşdırıb”. 

İ. Hüseynovun sözlərinə görə, İsveçrə parlamentində “Dağlıq Qarabağ: Sülh Forumu” adlı bədnam qətnamənin qəbul edilməsi də göstərir ki, bu məsələni ciddi araşdırmağa əsaslar var: “Qətnamənin müəllifi deputat Eriks Fontobeldir. Eriks Fontob başda olmaqla, İsveçrə Federal Məclisinin bir qrup deputatının bu ölkənin hökumətinə 2024-cü il sentyabrın 19-da göndərdikləri məzmunca Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddiaları ehtiva edən sorğusu da göstərir ki, burada ermənimərkəzli qüvvələr ciddi hərəkətə keçib. Həmin təşəbbüsdə də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir və ölkəmizə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirilirdi. Xüsusilə, ermənipərəst mövqedə dayanan, korrupsiyaya batmış Luis Moreno Okamponun qərəzli hesabatlarına istinad edilməsi, sorğunun əsl mahiyyətini üzə çıxarırdı. Hazırki qətnamə də eyni sxem və mexanizm üzrə işlənilib və ölkəmizə qarşı hibrid təhdid kimi qiymətləndirilməlidir. Qəbul edilən qətnamə ilə bağlı rəsmi Bakı ciddi hərəkət keçməli və etiraz edərək, aydınlaşdırıcı hərəkətlər icra olunmalıdır”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR