İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələdə ağır qəza, polis və sərnişini öldü

Qəbələdə polis yol qəzasında ölüb.

Trend-in məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Sürücü, Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Cabbarlı İlham Aləddin oğlu etibarnamə əsasında idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarında olan ağaca çırpıb.

Hadisə nəticəsində A.Cabbarlı və sərnişin Mahmudlu Hafiz Bəxtiyar oğlu ölüb, digər sərnişin Əzizli Elşad Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ RMX-na yerləşdirilib.

Faktla bağlı DİN-nin BİTİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR