İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanlı vəkil yenidən ərə gedən qadınlara səsləndi: "Atalıq yanına uşaq aparmayın"

Qazaxıstanlı hüquqşünas Ayman Umarova “Facebook” səhifəsində uşaqlı qadınlara yenidən ailə qurmamağı tövsiyə edib. O, uşaqlara qarşı ögey ataların və bioloji ataların cinsi istismarının artdığını bildirib.

Musavat.com-un Qazaxıstan mediasına istinadla veridiyi xəbərə görə, A.Umarovanın məsləhəti ögey atalar tərəfindən cinsi istismar hallarının tez-tez baş verməsi ilə bağlıdır.

“Hər həftə uşaqlara qarşı xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən kişilərin işi ilə tanış oluruq. İlk evliliyindən olan uşaqları ilə yenidən ailə qurmağa hazırlaşan analara xəbərdarlıq edirəm. Bu, çoxdan mövcud olan bir şeydir, lakin sosial şəbəkələrin olmaması səbəbindən bütün bunları bilmirdik. Bununla belə, uşaqlara qarşı zorakılıq halları tez-tez baş verir”, - Ayman Umarova bildirib.

O əlavə edib ki, uşağı olan qadın kişinin evinə köçəndən sonra müxtəlif dəhşətli hadisələr baş verir.

“Qadınlar! Uşaqlarınız varsa, evlənməyin! Övladlarınızın təhlükəsizliyi kişi sevgisindən daha vacibdir. Körpənizin qayğısına qalın", - deyə Ömərova tövsiyə edibi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR