İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanlı separatçı Rusiyaya sığınıb - qaçqın statusu alıb

Qazaxıstan Baş Prokurorluğu separatizmdə və etnik ədavətin qızışdırılmasında ittiham olunan 35 yaşlı Maksim Yakovçenkonun ekstradisiyası üçün Rusiyanın əsas nəzarət orqanına sorğu göndərib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Baş Prokurorluğun beynəlxalq hüquqi əməkdaşlıq xidmətinin rəhbəri Nurdaulet Suindikov Yakovçenkonun ekstradisiyası ilə bağlı müraciətə baxılması Rusiya Baş Prokurorluğunun müstəsna səlahiyyətlərinə aiddir.

Qazaxıstan Daxili İşlər Nazirliyi Yakovçenkonun yerinin müəyyən edildiyi barədə məlumat yayıb. Ötən ilin dekabrında o, Rostov vilayətində saxlanılıb. Lakin o, Rusiyada qaçqın statusu aldığından ölkəyə qaytarılması hüquqi prosedurlardan sonra mümkün ola bilər.

Xatırladaq ki, 2022-ci il fevralın 12-də Maksim Yakovçenko social şəbəkə səhifəsində Uralsk və Qazaxıstanın bir sıra digər şəhərlərinin Rusiyaya “verilməli” olduğunu yazıb. Buna görə ona iki maddə ilə ittiham verilib.

Lakin 11 oktyabr 2022-ci ildə təqsirləndirilən şəxs əsas məhkəmə iclasına gəlməyib və onun prosesə məcburi gətirilməsi barədə qərar çıxarılıb.

Ötən il oktyabrın 14-də Maksim Yakovçenko yenidən məhkəməyə məhəl qoymayıb. Polis əməkdaşları onu yaşadığı ünvanda da tapa bilməyiblər. Məlum olub ki, bir neçə həftə əvvəl o, evini sataraq ölkəni tərk edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR