İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın sərnişin təyyarəsi Aktauya məcburi eniş etdi

Bu gün “Air Astana” aviaşirkətinə məxsus təyyarə Aktauda məcburi eniş edib.

Musavat.com Tengrinews-a istinadən xəbər verir ki, Almatıdan Antalyaya uçan təyyarə texniki problemlərə görə Aktauda məcburi eniş etməli olub.

Bildirilir ki, KC915 reysini yerinə yetirən Airbus A321 təyyarəsi yerli vaxtla saat 08:35-də hava limanından havaya qalxıb. Lakin texniki səbəblərdən təyyarə Aktau hava limanına enib: “Səbəb mərkəzi yanacaq çəninin təhlükəsizlik klapanının nasazlığı olub. Almatıdan ehtiyat hissələrin çatdırılması zərurəti ilə əlaqədar uçuş yanvarın 9-u saat 09:20-yə dəyişdirilib. Sərnişinlər yemək və mehmanxana ilə təmin olunurlar. Antalyada sərnişinlər üçün də analoji tədbirlər görülür”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR