İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın Rusiyaya yeni səfiri təyin edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB baş katibinin keçmiş müavini və keçmiş mədəniyyət naziri Dauren Abayevi Rusiyaya yeni səfir təyin edib.

Bu barədə ölkə liderinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə Dauren Əsgərbekoviç Abayev Qazaxıstanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib", - prezidentin sərəncamında deyilir.

Bundan əvvəl iyunun 16-da Tokayev Yermek Koşerbayevi Qazaxıstanın Rusiyadakı səfiri vəzifəsindən azad edərək Şərqi Qazaxıstan vilayətinin administrasiyasının rəhbəri təyin edib.\\"Report"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR