İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın ruhani idarəsi: "Hicab da vacibdir, təhsil də"

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi məktəblərdə hicab taxılması ilə bağlı bəyanat yayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ruhani idarəsinin bəyanatında qeyd olunur:

“Əməli-saleh və savadlı nəsil yetişdirmək hər bir valideynin əsas məqsədidir. Şəriətə görə, müsəlman qadın həddi-büluğa çatandan başlayaraq hicab taxmalıdır. Təhsil almaq da onun vəzifəsidir. Müftilik etiraf edir ki, şəriətə görə həddi-büluğa çatmış müsəlman qızın hicab taxması tələb olunur. Amma onu da unutmamalıyıq ki, hicab taxmaq bizim ənənəmizdir. Müsəlman cəmiyyəti bunu dərindən dərk etməlidir. Lakin şəriət həddi-buluğa çatmamış qızların hicab taxmasını tələb etmir. Bunu camaat da düzgün başa düşməlidir”.

Daha sonra QMRİ-nin bəyanatında bildirilir:

“Hər il yeni dərs ili başlamazdan əvvəl məktəbli qızların məktəblərdə hicablı olub-olmaması ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səslənir. Bu məsələ müftilik işçilərini də narahat edir. QMRİ öz səlahiyyətləri çərçivəsində bu məsələ ilə bağlı səlahiyyətli dövlət qurumlarına müvafiq tövsiyələr verib. Ümid edirik ki, düzgün qərar veriləcək və müsəlman icmasının müraciəti nəzərə alınacaq”.

Qeyd edək ki, Talqat Rıskulbek adlı sakin qızının hicabla məktəbə getməsinə icazə verilmədiyi təqdirdə Çeçenistana gedəcəyini deyib. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR