İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın enerji şəbəkəsi yenidən çökdü

Qazaxıstanın Cənub-Qərbi yenidən qaranlığa qərq olub. Mangistau Atom Enerji Kombinatında baş verən qəza nəticəsində eyni adlı vilayət, həmçinim Atırau vilayətində elektrik enerjisi təminatı kəskin azalıb.

Qazaxıstan Enerji Şəbəkə şirkəti olan Kegosun yaydığı məlumata əsasən Kombinatın eyni adlı istilik elektrik stansiyasının 3 turboaqreqatı dayandığına görə bütün sənaye müəssisələrinə enerji verilişi dayandırılıb. Hazırda yalnız əhali və kritik strukturlara enerji verilişinin bərpasına çalışılır.

Qeyd edək ki, iyulun əvvəlində də Mangistau EMK-da böyük qəza baş vermişdi. Həmin vaxt bölgədəki neft hasilatı və nəqli qurğularının fəaliyyəti dayanmışdı. Prezident Kasım Jomart Tokayev hadisə ilə bağlı xüsusi müşavirə keçirərək, MEMK-də ciddi yenidənqurma aparılmasını tapşırıb. Kombinatdakı qəzalar avadanlıqların köhnəlməsi ilə izah edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR