Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan 2030-cu ilin sonunadək ümumi dəyəri 36 trilyon tengedən çox olan 1,1 min investisiya layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu, indiki kursla təxminən 75 milyard dollar deməkdir.
Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Dinara Şeqlova TASS-a məlumat açıqlayıb. Onun sözlərinə görə, 2022-ci ildə Qazaxıstan təxminən 28 milyard dollar xarici investisiya cəlb edib.
Şeqlova onu da qeyd edib ki, Qazaxıstan və Rusiya hazırda 16,6 milyard dollar dəyərində 40-a yaxın iri layihə həyata keçirir: “Hazırda biz Rusiya ilə 16,6 milyard dollar dəyərində 40-a yaxın birgə iri layihə həyata keçiririk. Onlar 15,5 min iş yeri yaradır". Onun sözlərinə görə, Rusiya və Qazaxıstan əlavə olaraq 3,5 mindən çox iş yeri yaradacaq 50 layihə üzərində işləyir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ