İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstandan Transxəzər çağırışı: Bu yol Avropaya yükdaşımaların müddətini ikiqat azaldır

Qazaxıstan Çin şirkətlərini öz mallarını Avropaya daşımaq üçün Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən aktiv istifadə etməyə çağırıb.

Qazaxıstanın baş naziri Əlixan Smayılov Şanxayda 6-cı Çin idxal sərgisinin açılışındakı çıxışında qeyd edib ki, Transxəzər dəhlizi Çindən Avropaya daşımaların müddətini ikiqat azaldır.

Qazaxıstan rəsmisinin dediyinə görə, hazırda Çindən quru yolla Avropaya daşımaların 85 faizi bu ölkə üzərindən reallaşır.
Smayılov ölkəsinin Çindən yükdaşımaların həcmini artırmaq üçün zəruri infrastrukturu formalaşdırmaq yöndündə icrs etdiyi layihələri Çin şirkətlərinə təqdim edərək, onları həmin layihələrə qoşulmağa çağırıb.
Qeyd edək ki, Transxəzər - Orta dəhlizlə yüklər Qazaxıstan ərazisindən Xəzər dənizinə, oradan Azərbaycan üzərindən Gürcüstana çatdırılır. Dəhlizlə yükdaşımaların artması üçün Qazaxıstanla Azərbaycan sinxron hərəkət edirlər.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR