Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi ilə bağlı ilkin hesabatı yaxın günlərdə dərc etməyi planlaşdırır.
Musavat.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, ekspertlərin işi artıq yekun mərhələyə çatıb.
"İşlər son mərhələdədir. Yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc ediləcəyini gözləyirik. Mütəxəssislərə işlərini başa çatdırmaq üçün vaxt lazımdır. Bu, çox incə və əziyyətli işdir", – deyə nazir bildirib.
Karabayev əlavə edib ki, qəzanın araşdırılmasında Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycan mütəxəssisləri iştirak edir.
@@TVmusavat/107574@@
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ