Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Jezkazqan şəhər sakini “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) tərkibində xaricdə hərbi əməliyyatlarda iştirak etdiyinə görə 4,5 il azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, bu barədə Ulıtau şəhəri məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs 2022-ci ilin payızında “ideoloji inanclarına” əsaslanaraq müharibədə iştirak etmək qərarı verib. Onun mərhum atası, milliyyətcə rus, Xarkovda anadan olub və məhkumun fikrincə, Ukrayna hakimiyyəti atasının hüquqlarını məhdudlaşdırıb.
Məhkum “Vaqner” ÖHŞ-nin bazasına çatdıqdan sonra artilleriya silahlarının anbar müdiri vəzifəsinə təyin edilib. O, 2022-ci ilin dekabrından 2023-cü ilin iyul ayına qədər hərbi tapşırıqlar yerinə yetirərək xidmət edib və daha sonra Qazaxıstana geri qayıdıb.
Məhkəmə qərarına əsasən, təqsirləndirilən şəxs xarici hərbi əməliyyatlarda iştiraka görə cəzalandırılıb. Qərar ictimaiyyət arasında müzakirələrə səbəb olub.
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ