Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar yaradılmış hökumət komissiyasının iclası keçirilib.
Bu barədə APA-ya Qazaxıstanın Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, toplantıda baş nazirin müavini Kanat Bozumbayev fövqəladə hallar, daxili işlər və səhiyyə nazirlərinin, eləcə də Mülki Aviasiya Komitəsi rəhbərinin məruzələrini dinləyib.
Baş nazirin müavini istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı göstəriş verib.
K. Bozumbayev əlavə edib ki, fövqəladə vəziyyətin aradan qaldırılması üçün bütün tədbirlər görüləcək"
"Onu da bildirmək istəyirəm ki, həm həlak olan Qazaxıstan, həm də digər ölkələrin vətəndaşlarının ailələrinə zəruri maddi yardım göstərilməsi təmin olunacaq".
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ