İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda neftin 50-55 dollarlıq qiymətinə hazırlığa başlanıb

Qazaxıstan hökuməti neftin 55 və 50 dollarlıq neft qiymətləri üçün büdcənin optimallaşdırılması ssenariləri hazırlayır.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan bunu baş nazirinin müavini və milli iqtisadiyyat naziri Serik Jumanqarin parlamentdə keçirdiyi brifinqdə deyib: "Bizim üç inkişaf ssenarimiz var. Hazırkı proqnoz ssenarisində neftin qiyməti 75 dollar, dolların məzənnəsi 470 tenge/1 dollar təşkil edir. 60 dollar qiymətində böhran planı var və biz neftin qiymətinin 55 və 50 dollar olması ssenarilərini demək olar ki, tamamlamışıq".

Onun sözlərinə görə, Nazirlər Kabinetinin “hansı büdcə xərclərinin azaldılacağı” ilə bağlı aydın anlayışı var.

Qazaxıstan hökuməti bundan əvvəl 2025-2027-ci illər üçün sosial-iqtisadi inkişaf layihəsini təsdiqləyib. Layihədə xarici parametrlərdəki dəyişikliklərdən asılı olaraq üç inkişaf ssenarisi formalaşdırılıb. Baza ssenarisində neftin qiyməti 75 dollarl səviyyəsində planlaşdırılıb.
Ölkənin Nazirlər Kabineti 2024-2026-cı illər üzrə respublika büdcəsini proqnozlaşdırarkən neftin qiymətini 80 dollar səviyyəsində müəyyən edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR