İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda məktəb tikintisi üçün korrupsionerlərdən 120 milyard pul alınıb

Qazaxıstanda rüşvətxor məmurlardan 120 milyard tenge müsadirə edilib. Pul məktəblərin təmirinə və tikintisinə sərf olunacaq.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, bunu Senatda Qazaxıstanın baş nazirinin müavini - maliyyə naziri Yerulan Jamaubayev deyib.

Maliyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, xəzinədarlığın bazasında xüsusi hesab açılıb və fəaliyyət göstərir. 

“İndi bu hesabda 120 milyard tenge var. Hazırda Təhsil Nazirliyinin ərizələrini gözləyirik”, - deyə Yerulan Jamaubayev Senatda çıxışı zamanı bildirib.

Maliyyə Nazirliyinin rəhbəri vurğulayıb ki, rüşvətxor məmurların ələ keçirilən vəsaitlərinə bu qədər ehtiyac olan məktəblərin təmiri nəzərdə tutulur.

Hər şeydən əvvəl vəsait hazırda genişləndirilməsinə ehtiyac olan üçnövbəli məktəblərə yönəldiləcək.

Maliyyə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə məktəblərin siyahısını tərtib edəndən sonra respublika büdcə komissiyasından ayrılan pul rayonlara göndəriləcək.

Xatırladaq ki, ötən ilin payızında Qazaxıstanda korrupsionerlərdən ələ keçirilən pulların daxil olduğu xüsusi hesab açılıb. Aktobe vilayətində ilk məktəb korrupsionerlərin pulu ilə tikilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR