İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda AES referendumu – Layihə ilə bağlı cəmiyyətdə ikitirəlik var

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı referendumun oktyabrın 6-da keçirilməsi haqqında fərman imzalayıb və Mərkəzi Seçki Komissiyasına (MSK) plebissit keçirməyi tapşırıb,

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat verib. Sentyabrın 3-də Mərkəzi Seçki Komissiyasının ilk iclası keçirilib, iclasda tədbirə hazırlıq planı təsdiq edilib. Səsvermənin nəticələri oktyabrın 7-dən oktyabrın 12-dək KİV-də dərc edilməlidir. Plebisitin keçirilməsinə 15,5 milyard tenge büdcə vəsaiti xərclənəcək.

Respublika ictimaiyyəti referenduma atom elektrik stansiyasının tikintisinin “lehinə” və “əleyhinə” olmaqla iki sual yox, “lehinə, ancaq Rosatom olmadan” kimi üçüncü sualı da çıxaracaq.

Prezident Tokayevin bu qərarı bir illik ictimai müzakirələrdən sonra qəbul edilib və dövlət başçısının fikrincə, artan qlobal qıtlıq şəraitində ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün zəruri addımdır.
Tokayev vurğulayıb ki, nüvə enerjisi artan iqtisadiyyatın ehtiyaclarını ödəyə bilən etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbəyidir. Prezident qeyd edib ki, 30 inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə 200-ə yaxın atom elektrik stansiyası fəaliyyət göstərir. Onun fikrincə, referendum “dinləyən dövlət” nümunəsinə çevriləcək.

"Əslində, bu addımlarla biz yeni ictimai-siyasi mədəniyyət formalaşdırırıq, əsas hökumət qərarlarının qəbulu üçün yeni standartlar qoyuruq", - Tokayev əlavə edib.

Son bir ildə Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələr və ictimai dinləmələr keçirilib. Ekspertlər atom elektrik stansiyasının tikintisinin müsbət və mənfi tərəflərini qiymətləndiriblər. Bu müddət ərzində ehtirasların intensivliyi bir qədər azalıb, buna baxmayaraq, atom elektrik stansiyaları mövzusu birinci dərəcəli olaraq qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR