İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan vətəndaşı olmaq istəyən rus qazax dilini öyrənməli olacaq

Qazaxıstan hökuməti ölkə vətəndaşlığını əldə etmək istəyənlərə qazax dilini öyrənmək məcburiyyətini gətirən yeni qanun layihəsi hazırlayıb. Qanuna görə qazax dilini, tarixini və milli qanunvericiliyin əsaslarını bilməmək ölkə vətəndaşlığını almaqdan və ya bərpa etməkdən imtina üçün əlavə səbəb sayılacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı baş nazir Əlixan Smailov özü məlumat yayıb. Söhbət “Qazaxıstan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklərdən gedir.

Qeyd edək ki, Qazaxıstanda bu Rusiya vətəndaşlarının ölkəyə, eləcə də bir sıra digər keçmiş sovet respublikalarına axını fonunda olduqca aktullaşıb. Baş nazirin yuxarıda göstərilən tələblərin həm də ikili vətəndaşlıq faktlarının qarşısının alınmasına yönəldiyini deyib.

Xatırladaq ki, hələ bu ilin aprelində Qazaxıstan Senatının sədri Maulen Aşimbayev uzun müddət Qazaxıstanda qalmağı planlaşdırırlaran əcnəbilərin, qazax dilini öyrənməli olduqlarını demişdi.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR