İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiyadan buğda idxalına məhdudiyyəti dayandırır: yeni qərar

Qazaxıstan Rusiya buğdasının idxalına avqustun 21-dən tətbiq edilən məhdudiyyəti 2025-ci il 1 yanvarından sonrakı müddət üçün uzatmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın Eldala.kz kənd təsərrüfatı portalı respublikanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, yanvarın 1-dən Rusiya buğdasının idxalı məhdudiyyətsiz həyata keçiriləcək. Eyni zamanda daxili bazarda vəziyyət nəzarətdə saxlanılacaq və tarazlıq pozulduğu halda yeni tənzimləyici tədbirlərin görülməsi mümkündür: “Buğda ilə bağlı idxalın tənzimlənməsi üçün hər hansı qeyri-tarif tədbirlərinin tətbiqi məsələsi taxıl bazarındakı vəziyyət, xüsusən də taxıl ehtiyatları, bazarda tələb və təklifin səviyyəsi, məhsuldarlığın qorunması zərurəti, yerli istehsalçıların maraqları, qeyri-qanuni təkrar ixrac sxemlərinə qarşı mübarizə tədbirləri nəzərə alınmaqla həll olunacaq”.

Bundan əvvəl Qazaxıstanın baş naziri Oljas Bektenov bildirmişdi ki, Qazaxıstan avqust ayından ilin sonuna kimi Rusiya taxılının Çin və Özbəkistana təkrar ixracını məhdudlaşdırıb. Oktyabr ayından etibarən Rosselxoznadzor Qazaxıstandan Rusiyaya buğda, mərci, pomidor, bibər, bostan məhsulları, eləcə də kəsilmiş gül və qönçələrin idxalına bir sıra müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

03 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR