İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Konstantin Zatulini ölkəyə buraxmaq istəməyib

 

Rusiya Dövlət Dumasının deputatı, parlamentin MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Qazaxıstana buraxılmayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Zatulinin pasport nəzarəti zonasından keçməsinə icazə verilməyib. Deputatın Qazaxıstana hansı məqsədlə getdiyi bəlli deyil.

"Bəzi çətinliklərdən və Rusiya Xarici İşlər Nazirliyinin vəziyyətə müdaxiləsindən sonra problem həll olundu", - deyə Zatulinin mətbuat xidməti xəbər edib.

“Forbes Kazakhstan”ın informasiyasına əsasən ötən ilin iyununda Zatulin respublika prezidenti Kasım-Jomart Tokayevə yönəltdiyi tənqidlə yadda qalıb. Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) zamanı Qaaxıstan dövlət başçısı “DXR” və LXR” kimi “kvazidövlət əraziləri”i tanımadıqlarını demişdi.

Bundan sonra Zatulin “Qovorit Moskva” radiostansiyasına verdiyi açıqlamada Rusiyanın müttəfiqlərini tərəfdaşlığa “İsveçrə masası” kimi yanaşmaqda ittiham edib. “Bunlar xoşlarına gələni alırlar, bəyənmədiklərini isə almırlar”,-deyə Duma deputatı bu sözlər işlədib.

Lakin Zatulin bununla da qalmayıb və Qazaxıstanın dövlətçilyini şübhə altına qoyan cümlələr sərf etməkdən çəkibməyib.

“Onlar çox yaxşı bilirlər ki, əhalisinin çoxunun rusların yaşadığı bir sıra rayonların, qəsəbələrin Qazaxıstan adlanan yerlə heç bir əlaqəsi yoxdur. Biz bunu hər yerdə deyirik: əgər bizim dostluğumuz, əməkdaşlığımız, tərəfdaşlığımız varsa, o zaman heç bir ərazi məsələsi gündəmə gəlmir. Əgər belə deyilsə, Ukraynada olduğu kimi, hər şey mümkündür”, - deyə ermənipərəst deputat söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR