İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan, Çin və Rusiya gələcək qaz kəmərinin marşrutunu müəyyənləşdirib

Astana, Pekin və Moskva Qazaxıstanın şimal rayonlarından keçməklə Rusiyadan Çinə qaz kəmərinin inşası məsələsini müzakirə edir.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev deyib. Onun sözlərinə görə, qaz kəmərinin ilkin marşrutu müəyyən edilib və hazırda tikintinin şərtləri müzakirə olunur.

2023-cü ilin fevralında Qazaxıstanın sabiq energetika naziri Bolat Akçulakov “QazaqGaz” və “Qazprom” kompaniyalarının Rusiyadan Çinə beynəlxalq qaz kəmərinin inşası məsələsini nəzərdən keçirdiyini bildirmişdi. Qaz kəmərinin Kustanay, Astana, Pavlodar, Semipalatinsk və Ust-Kamenoqorsk şəhərlərindən keçəcəyi planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR