İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan bankı ölkədəki VTB bankla əməliyyatları dayandırdı  

Qazaxıstanın "Home Credit" Bankı ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən Rusiyanın VTB bankının Qazaxıstandakı törəmə bankı olan VTB ilə əməkdaşlığı dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS-ın müxbirinə “Home Credit Bank”ın zəng mərkəzindən məlumat açıqlanıb.

Məlumata əsasən VTB Qazaxıstandan "Home Credit" Banka müştəri hesabları üzrə təngə və xarici valyuta ilə hər hansı köçürmə əməliyyatları dayandırılıb. Çağrı mərkəzi müştəriləri bu vəziyyətlə bağlı hər hansı sualları olduqda xüsusi nömrə ilə əlaqə saxlamağa çağırıb. VTB-nin mətbuat xidmətindən agentliyə bildiriblər ki, onlar vəziyyəti şərh etmirlər.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi avqust ayında ərazisində Rusiya banklarının törəmələri fəaliyyət göstərən ölkələrə, həmçinin həmin ölkələrdəki maliyyə qurumlarına ikincili sanksiya tətbiqi ilə bağlı xəbərdarlıq edib.

Onu da qeyd edək ki, Azərbaycanda da VTB bankın törəməsi fəaliyyət göstərir. Rusiya ilə ticarət əməliyyatları demək olar ki, bütünlüklə onun vasitəsilə maliyyələşdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR