Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Əskipara, Bağanis və digər qəsəbələrin sakinləri ilə görüşür.
Musavat.com bildirir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan öz Facebook səhifəsində yazıb.
Qeyd olunur ki, baş nazir Nikol Paşinyan son mətbuat konfransında Tavuş kəndlərinin sakinləri ilə görüşmək niyyətində olduğunu bildirmişdi. “Deyirlər ki, Ermənistan Respublikası Tavuş kəndlərini Azərbaycana keçirməyə hazırlaşır. Tavuş bölgəsində heç bir kəndin təslim edilməsindən söhbət belə getməyib və ola da bilməz. Azərbaycan mətbuatında kəndlərin adları açıqlananda Ermənistan Respublikası ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adlar daşıyan kəndlər olmayıb”, - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.
N.Paşinyan delimitasiya prosesinin Tavuş bölgəsindən başlaya biləcəyini də istisna etməyib.
Erməni mediası xatırladır ki, yuxarıda qeyd olunan mətbuat konfransından sonra Tavuşun dörd kəndinin Azərbaycana təslim edilməsi mövzusu fəal şəkildə müzakirə olunub.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ