İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz xəttinin keçmədiyi ərazidə hansı elektrik avadanlıqları istifadə oluna bilər? - AÇIQLAMA

Ötən gecə paytaxtın mərkəzində, gecə klubunda baş verən partlayışla bağlı bir çox suallar yaranıb. Qaz xəttinin keçmədiyi ərazidə yerləşən obyektin mətbəxində xörəklərin hazırlanması üçün elektrik sobalarından istifadə oluna bilərmi?

Musavat.com-a açıqlamasında “Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, istər vətəndaş, istərsə də sahibkar, yəni istənilən abonent elektrik xəttinin çəkilişi üçün “ASAN Kommunal” mərkəzinə müraciət etməlidir: “Abonent hansı miqdarda, yəni neçə kilovat elektrik enerjisinə ehtiyac olduğu ilə bağlı müraciət edir, lazımi rüsumu ödəyir və sayğac quraşdırılır. “Azərişıq" ASC-nin səlahiyyəti isə sayğacaqədərki prosesi əhatə edir. Obyektin daxilində hansı cihazdan istifadə olunması ilə sahibkarın özündən asılıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR