İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz borusu ilə Sucaya girən çeçenlərin böyük əksəriyyətinin daxili orqanları zədələnib – Alaudinovdan şok etiraf

Kursk vilayətində Suca şəhərinə daxil olmaq üçün qaz borusu ilə hərəkət edən çeçen döyüşçülərin böyük əksəriyyətinin daxili orqanları ciddi şəkildə zədələnib.

Musavat.com xəbər verir ki, bu, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, Rusiya Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Aptı Alaudinovun TASS-a verdiyi məlumatda əksini tapıb: "Döyüşçülərdən bəziləri vəzifə yerinə qayıtdılar, lakin əksəriyyəti hələ də müalicədədir, çünki birbaşa bu boruda keçirdikləri vaxt onların daxili orqanlarına həqiqətən çox böyük təsir göstərib. Ağciyərlər və tənəffüs yolları həqiqətən təsirlənib".

Alaudinov xüsusi təyinatlıların əsgərlərinə göstərilən müalicənin öz nəticəsini verəcəyinə əmin olduğunu bildirib: "Onlara tam sağalmaq üçün tələb olunan qədər vaxt vermək imkanımız var. Onların sağalması üçün əlimizdən gələni etməyə çalışırıq”.
Qeyd edək ki, martın 12-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov qaz kəmərindən keçmə əməliyyatında 600-dən çox hərbçinin iştirak etdiyini bildirmişdi. İndiyədək Rusiya tərəfi əməliyyatın uğurlu alınmasını durmadan vurğulasa da, qaz borusunda hərəkət edən hərbçilərin sağlıq vəziyyətinin ağır olmasından bir dəfə də olsun bəhs edilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR