Onlayn ictimai-siyasi qəzet
Noyabrın 10-da Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarına 32 milyon kubmetr qaz vurulub.
Musavat.com Gas Infrastructure Europe-nin statistikasına istinadən xəbər verir ki, həmin gün anbarlardan 252 milyon kubmetr qaz götürülüb.
Hazırda Avropada yeraltı anbarlar 93,37 faiz doludur. Bu, son beş il ərzində bu tarix üçün orta göstəricidən 1,1 faiz bəndi çoxdur. Anbarlarda 103,6 milyard kubmetr qaz var.
Aİ elektrik enerjisi istehsalında külək istehsalının payı noyabrın əvvəlindən orta hesabla 12 faiz təşkil edir.
Maye qaz terminallarından maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 40 faizi ilə yüklənir.
Oktyabrda Avropada qazın orta alış qiyməti min kubmetr üçün 456 dollar, noyabrın ilk ongünlüyndə təxminən 460 dollar təşkil edib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ