İnsanlara hürriyət, millətlərə istiqlal!

QAZ-31 traktorla toqquşdu: Ata və oğlu xəsarət aldı

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, hadisə rayonun Abdulabad kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Qara Həsənovun idarə etdiyi QAZ-31 markalı avtomobillə həmkəndlisi Elnur Qasımovun idarə etdiyi "Belarus" markalı traktor toqquşub.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qara Həsənov, 1984-cü il təvəllüdlü Elnur Qasımov, traktorda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Bayram Babayev və onun 2016-cı il təvəllüdlü oğlu M.Babayev yüngül xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR