Onlayn ictimai-siyasi qəzet
Hakim Vardqes Sarkisyanın sədrliyi ilə keçirilən antikorrupsiya məhkəməsində Ermənistanın keçmiş polis rəisi (daxili işlər naziri statusunda - red.) Vladimir Qasparyanın işi üzrə hökm elan edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Vladimir Qasparyan təqsirli bilinsə də, məhdudiyyət müddətinin başa çatması əsasında cəzasını çəkməkdən azad edilib.
Belə ki, onun barəsində 6 il müddətinə azadlıqdan məhrum edilmə qərarı çıxarılsa da, amnistiya aktı tətbiq olunub.
Prokuror Vladimir Qasparyana 11 il həbs cəzası istəyib.
Qeyd edək ki, Qasparyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və xüsusilə külli miqdarda oğurluq maddələri ilə cinayət işi başlanmışdı.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ