İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarlı hava bu tarixədək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin fevralın 27-si saat 08:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində, eyni zamanda Bakıda və Abşeron yarımadasında qar yağır.

Musavat.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 59, Altıağac, Şəkidə 31, Qəbələdə 28, Qubada 25, Xaltanda 20, Zaqatalada 18, Şahdağda 17, Şahbuz və Oğuzda 16, Daşkəsəndə 15, Qobustan, Qusarda 10, Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə 8, Laçın, Qubadlı, Şuşa və Balakəndə 7, Xankəndı, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər, Naftalan, Kürdəmir, Sabirabad, Neftçala, Bərdədə 5, Bakıda və Abşeron yarımadasında isə 12 sm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.

Yağıntılar fevralın 27-si gündüz saatlarından tədricən kəsiləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR