İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da hərbi bazaya kimyəvi hücum - Zəhərlənənlər var

ABŞ-ın Merilend ştatındakı hərbi bazada şübhəli bağlama ajiotaj yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda bildirilir ki, bağlama 6 noyabrda bazaya çatdırılıb və açıldıqdan sonra yayılan toz nəticəsində kütləvi zəhərlənmə baş verib. Bağlama açıldıqdan sonra bazadakı bina evakuasiya olunub. 

Hadisə yerinə təcili yardım xidmətləri göndərilib və ilkin yoxlamalar nəticəsində ciddi təhlükə aşkarlanmayıb.

CNN-in xəbərinə görə, təhlükəli maddələrin ilkin sahə testi də (HAZMAT) nəticəsiz qalıb. 

Qeyd edək ki, 5 noyabrda ABŞ prezidenti Donald Tramp "Endryus" bazasına baş çəkib. Bu bazaya nazirlər və digər yüksək vəzifəli şəxslər tez-tez səfər edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR