İnsanlara hürriyət, millətlərə istiqlal!

Günay Rusiya serialında baş rolda - VİDEO

Rusiyanın istehsalı olan “Yaxın xoşbəxtlik” adlı melodram janrındakı serialın çəkilişləri İstanbulda başa çatıb.

Musavat.com xəbər verir ki, layihənin baş rollarını azərbaycanlı aktrisa Günay Musayeva, rusiyalı aktyorlar Alina Voskresenskaya, Mixail Kremer, Anna Ardova və türkiyəli aktyor Mehmet Polat ifa ediblər.

Serialın ssenarisi fransız yazıçısı Emil Zolanın “Qadının xoşbəxtliyi” (“Au Bonheur des Dames”) romanı əsasında yazılıb. Çəkilişlər 4 ay davam edib və prosesdə 1000 nəfərdən çox texniki və yaradıcı heyət iştirak edib.

Layihənin çəkilişləri İstanbulun məşhur məkanları - Qapalıçarşı, Maslak və Suadiyədə aparılıb.

Baş rol ifaçısı Günay Musayeva layihə barədə fikirlərini bölüşərək bildirib:

“Bir müddət ekranlardan uzaq qalmışdım. Bu yeni layihədə iddialı və fərqli bir obrazı canlandırmaq mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan maraqlı bir yolçuluq oldu”.

 

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2025

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR