İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarışqalar xərçəngin aşkarlanmasına kömək edəcək - Xəstələri belə tanıyırlar

Britaniyalı tədqiqatçılar qarışqaların xərçəng xəstələrini tanıya bildiyini müəyyən ediblər.

Azpost.info xəbər verir ki, bu barədə “Sky News” yazıb.

Alimlərin fikrincə, qarışqalar insan sidiyindəki “xərçəng qoxusunu” müəyyən etmək üçün unikal qabiliyyətə malikdirlər. Onların sözlərinə görə, xərçəngin xüsusilə, bir neçə növündə sidiyin qoxusu dəyişir.

Parisdəki unversitetin alimləri tədqiqat üçün 70 qarışqadan, xərçəng şişi olan və olmayan siçanların sidiyindən istifadə ediblər. Üç sınaqdan sonra qarışqalar sağlam siçanlarla xəstə siçanları bir-birindən sidiyin qoxusu sayəsində ayıra biliblər.

Alimlərin fikrincə, bu qabiliyyət qarışqanın həssas iybilmə sistemi ilə izah olunur. İnsanların qoxu reseptorlarının sidikdə “xərçəng qoxusunu” aşkar edə bilmədiyi vurğulanır.

Tədqiqatçılar bu qabiliyyətləri sayəsində qarışqaların insan orqanizmində mövcud olan şişlərin aşkarlanmasında böyük rolunun ola biləcəyini deyirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR